Kuba ABŞ-ınQuantanamodakı hərbi bazasının ləğvini tələb edir
Kuba prezidenti Migel Disaz-Kanel ABŞ-nin 120 il öncə kubalıların iradəsini nəzərə almadan Quantanamoda hərbi baza inşa etməsini respublikanın “suverenliyinin oğurlanması” kimi dəyərləndirib və buna son qoyulmasını tələb edib.
AZƏRTAC xəbər verir ki, bu fikri Kuba prezidenti özünün tviter hesabında paylaşıb. O bildirib ki, “120 il əvvəl Kubanın sinəsinə sancılan xəncər digər xalqlara da acı yaşadır, çünki bu bazadan qanunsuz həbsxana kimi istifadə olunur”.
Kuba 1898-ci ildə İspaniya ilə müharibədən sonra ABŞ-nin nəzarətinə keçib. Birləşmiş Ştatlar 1899-cu ildə adanı işğal edib. Quantanamo rayonunda hərbi-dəniz bazasının tikintisi üçün ABŞ-yə qeyri-müəyyən müddətə ərazi icarəyə verilib.