Kubaya reaktiv xizəklə gələn terrorçu tutulub
Kubanın dövlət mediası şənbə günü ABŞ-ın Florida ştatından reaktiv xizəklə ölkəyə gələn şəxsin terror aktı törətmək cəhdinin qarşısını alındığını açıqlayıb.
Kuba dövlət mediasının verdiyi məlumata görə, Floridada yaşayan Kuba vətəndaşı reaktiv xizək ilə adaya çatıb, avtomobili adanın şimal sahilində qoyub və oradan Kubanın içərilərinə doğru irəliləyib.
Xəbərdə hücum planının Nueva Nacion Cubana (Yeni Kuba Milləti) və La Nueva Nacion Cubana en Armas (Silahlı Yeni Kuba Milləti) adlı iki təşkilatla əlaqəli olduğu iddia edilib.
Kuba dövləti hər iki təşkilatı terror təşkilatı kimi tanıyır.
Saxlanılan şəxsdən bir neçə silah, jurnal və sursat götürüldüyü iddia edilib.
Saxlanılan şəxsin Kubada zorakılıq aksiyalarında iştirak etmək üçün adamlar axtardığı bildirilib. Xəbərdə məsələ ilə bağlı aparılan araşdırmalar çərçivəsində həm Kuba, həm də Cənubi Floridada yaşayan bəzi insanlar haqqında məlumat toplandığı bildirilib.
Terror aktı hazırlamaqda ittihamlar Kubanın 80-dən çox xarici ölkə vətəndaşı və təşkilatını terrorçular siyahısına əlavə etdikdən sonra ortaya çıxıb.
Siyahıya hücumu planlaşdırmaqda ittiham olunan iki təşkilat da daxil edilib. Təşkilatlar Kuba dövlətinin təhlükəsizliyinə qarşı fəaliyyətlər təşkil edən və həyata keçirən ABŞ-da yerləşən cinayət strukturları kimi qiymətləndirilib.