Kuba parlamenti Migel Diaz-Kaneli yenidən respublika prezidenti seçib


Kuba Xalq Hakimiyyəti Milli Assambleyasının (birpalatalı parlament) deputatları hazırkı dövlət başçısı Migel Diaz-Kanel Bermudesi 2028-ci ilə qədər respublikanın prezidenti seçiblər.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Kubanın dövlət televiziyası ilə yayımlanan iclasda iştirak edən 462 deputatdan 459-u Diaz-Kanelin namizədliyinin lehinə səs verib.

Parlament həmçinin prezidentin 2019-cu ildən baş nazir vəzifəsini icra edən hazırkı hökumət başçısı Manuel Marreronu baş nazir postuna təyin etmək təklifini təsdiqləyib. Bundan başqa, hökumətin tərkibi səs çoxluğu ilə təsdiq edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu