Peruda ilk dəfə qadın prezident seçildi


Peru parlamenti prezident Pedro Kastilonun qanunverici orqanı buraxmağa cəhd etməsindən sonra ona qarşı impiçment elan edib və yeni prezidentin adını elan edib.


AFN.az xarici mediaya istinadən yazır ki, artq vitse-prezident Dina Boluarte prezident andı içib. Ölkənin keçmiş liderinin fotoları isə artıq polis idarəsində peyda olub. O, üsyanda ittiham olunur. Çərşənbə günü solçu prezident Pedro Kastilo ilə sağçı çoxluq parlamentariləri arasında münaqişə sürətlə kəskinləşib və dünən parlamentdə prezidentin impiçmenti ilə bağlı üçüncü səsvermə keçirilib. Kastilo parlamenti qabaqlamaq üçün eleviziyaya çıxaraq Respublika Konqresini (parlamenti) buraxdığını, fövqəladə müvəqqəti hökumət təyin etdiyini və fövqəladə vəziyyət tətbiq etdiyini bildirdi. Lakin Konqresin deputatları təcili toplaşaraq, böyük səs çoxluğu ilə impiçmentə səs verdilər: 130 deputatdan 101-i qərarın lehinə oldu. Bundan sonra Peru polisi Tvitterdə Kastilonun polis bölməsindəki fotolarını dərc edib. Polis devrilmiş prezidentin parlamentdəki səsvermədən sonra prezident sarayından qaçdığını və sığınacaq istəmək istəyi ilə Meksika səfirliyinə getdiyini açıqladı. Həmin ərəfədə Kastilonun bəzi sənədləri imzaladığı kadrlar yayımlanıb. Hökumətin korrupsiya çinayətlərni araşdıran prokurorlar qrupunun sözçüsü Martia Barreto bildirib ki, Kastilo həbs edilib. Parlament, müvəqqəti lider olaraq, milli böhranın öhdəsindən gəlmək üçün dərhal siyasi atəşkəsə çağıran hazırkı vitse-prezident Dina Boluarteyə etimad göstərib. 60 yaşlı Boluarte Perunun ilk qadın prezidenti olub və Kastilonun prezidentlik müddəti bitməli olan 2026-cı ilin iyuluna qədər bu vəzifədə qalacağını söyləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu