Peruda hökumət əleyhinə etirazlar şiddətlənib: 1-i polis olmaqla 48 nəfər ölüb


Peruda dekabr ayında başlayan hökumət əleyhinə etirazlar 41 əyalətə yayılıb. Kusko şəhərindəki nümayişlərdə 1 nəfər ölüb.


AFN.az İHA-ya istinadən xəbər verir ki, ölkədə dekabrın 7-də keçmiş prezident Pedro Kastillonun Konqres tərəfindən istefaya göndərilməsindən sonra başlayan etirazlar 41 ştata yayılıb. Kastilyodan sonra prezident olan Dina Boluartenin istefasını və erkən seçki tələbi ilə etirazçılar Kusko şəhərində küçələrə axışıblar. Alejandro Velasko Astete Beynəlxalq Hava Limanına basqın etməyə çalışan etirazçılarla polis arasında gərginlik yaranıb. Etirazçılar yolu bağlayaraq avtobusu yandırıb, blokadaya son qoymağa çalışan polis gözyaşardıcı qazla müdaxilə edib. Etirazçılar polisə daş atıblar. Nəticədə 37-si mülki, 6-sı polis olmaqla 43 nəfərin yaralandığı, 1 nəfərin öldüyü bildirilib. Dekabr ayından bəri keçirilən etirazlarda həyatını itirənlərin sayının 48-ə çatdığı, onlardan birinin polis olduğu bildirilib.

Zorakılıq ölkənin cənubundakı Tacna şəhərində də baş verib. Etirazçılar yolları bağlayıb, barrikadaları yandırıblar.

Perunun keçmiş prezidenti Kastillo Meksika səfirliyinə sığınmaq istəyərkən saxlanılıb, onun müavini Dina Boluarte isə dekabrın 8-də ölkənin yeni prezidenti kimi and içib. Kastilonun həbsxanaya göndərilməsindən sonra başlayan etirazlar səbəbindən dekabrın 14-də fövqəladə vəziyyət elan edilib. İlk olaraq 7 gün həbs edilən Kastilloya qaçma riski nəzərə alınaraq dekabrın 16-da 18 ay qabaqlayıcı həbs cəzası verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu