Peru parlamenti prezident Kastilyoya impiçment elan edib

Peru parlamenti prezident Kastilyoya impiçment elan edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, 101 deputat dövlət başçısının istefasının lehinə, 6-sı əleyhinə səs verib, 10 nəfər isə bitərəf qalıb. İmpiçmentin baş tutması üçün parlament üzvlərinin üçdə ikisi, yəni 87 nəfər səs verməlidir.
Bildirilir ki, birinci vitse-prezident Dina Boluartenin respublika prezidenti postunu tutması üçün andiçmə mərasimi keçiriləcək. Bundan əvvəl Pedro Kastilyo onun impiçmentinə baxmalı olan parlamentin buraxıldığını və ölkədə komendant saatı tətbiq olunduğunu elan edib.