8 illik fasilədən sonra ekranlara qayıtdı
Aktrisa Kemeron Diaz səkkiz illik fasilədən sonra yenidən səhnəyə qayıdıb.
"Qafqazinfo" xsarici mediaya istinadən xəbər verir ki, “Back in Action” filmində rol alan aktrisa 2014-cü ildə Ceymi Foksla çəkilmiş "Enni" filmindən sonra aktyorluğu tərk etmək qərarına gəldiyini bildirmişdi.
“Bu, əzələ yaddaşına bənzəyir. Mən bunu o qədər uzun müddət etdim ki, yenidən prosesə qayıtdım. Bəli, ancaq bir az fərqli hissdir", - deyə Diaz vurğulayıb.
"Back In Action" adlı döyüş filminin rejissoru Set Qordondur.