"Şrek" cizgi filminin davamı olacaq
Uşaqların sevimlisi olan “Şrek” cizgi filminin beşinci hissəsi hazırlanır.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, məlumatı ekran əsərinin prodüseri kimi çıxış edən "İllumination" kinostudiyasının direktoru Kristofer Meledandri təsdiqləyib. Mütəxəssis bildirib ki, orijinal aktyor heyətinin işə qayıtması gözlənilir. Söhbət ilk növbədə əsas personajları səsləndirən Kemeron Diaz, Mayk Mayers və Eddi Merfindən gedir.
"Artıq danışıqlar başlayıb və indiki mərhələdə hər şey ulduzlarımızın bu fürsət üçün böyük həvəs nümayiş etdirdiyini göstərir", - deyə Meledandri qeyd edib.
"Şrek"in yenidən başlayacağı haqda müzakirələr illərdir davam edir. Eyni zamanda, daha bir cizgi filminin uğuru - "Çəkməli pişik 2: Son arzu" yaradıcılarını hərəkətə keçməyə sövq edə bilər. Bütün icarə müddəti ərzində animasiya təxminən 500 milyon dollar qazanıb.