"Parazit" filminin Oskar mükafatlı aktyoru ölü tapılıb


Cənubi Koreya polisi çərşənbə günü "Oskar" mükafatlı "Parazit" filminin aktyoru Li Sun Kyunu Seulun mərkəzindəki parkda avtomobildə ölü tapıb.


Bu barədə "Yonhap" xəbər verib.

Həyat yoldaşı Linin evi tərk etdiyini polisə xəbər verib və intihar məktubu kimi görünən bir şey tapıb.

1975-ci ildə anadan olan Li "Parazit" Oskar filmində varlı bir ailənin atasını canlandırıb.

O, həmçinin 2012-ci ildə çəkilmiş "Çaresiz" trilleri və 2014-cü ildə "Hər şey mənim arvadım haqqında" filmində rol alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu