ABŞ Çini Şimali Koreyaya təzyiq göstərməyə çağırıb


Vaşinqton Pxenyanın nüvə və raket inkişafını məhdudlaşdırmaq üçün Pekindən KXDR-ə təzyiq etməyə çalışır.


AFN.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib. Onun CBC-yə müsahibəsi Xarici İşlər Nazirliyinin saytında dərc edilib.

Diplomatın qeyd edib ki, əks halda ABŞ Asiya-Sakit okean regionunda hərbi mövcudluğunu və fəaliyyətini genişləndirmək məcburiyyətində qalacaq. Blinken əlavə edib ki, ABŞ Cənubi Koreya və Yaponiya ilə əməkdaşlığı davam etdirəcək. "Çinə yönəlməyən və regionda daha çox müdafiə vasitələrinin yerləşdirilməsi, təlimlərin keçirilməsi, birgə işləməyi əhatə edən bu addımlar, yəqin ki, Çinin xoşuna gəlməyəcək".

Bundan əvvəl Şimali Koreya ABŞ və Cənubi Koreyanı nüvə silahı ilə hədələyib. Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi bildirib ki, Vaşinqton və Seul hərbi təxribatlarının bədəlini nəzərə almalıdırlar və müharibənin qarşısının alınması uğursuz olarsa, Şimali Koreyanın nüvə silahından istifadə qərarı dəyişə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu