Şimali Koreya ABŞ-ın qitələrarası ballistik raket sınağına reaksiya verib


ABŞ-ın Minuteman III adlı qitələrarası ballistik raket sınağını tənqid edən Şimali Koreya, ehtiyatsız təxribatlara tez, böyük və qətiyyətlə cavab verəcəyini açıqlayıb.



Şimali Koreyadan verilən açıqlamada sınağın uğursuz olduğu xatırladılıb və buna baxmayaraq ABŞ-ın nüvə və strateji silahlarının hədəfinin kim olduğunu açıq şəkildə göstərdiyini bildirilib. Dünyadakı hərbi qarşıdurmaların fonunda ABŞ-ın nüvə silahı yığımının artdığı iddia edilən açıqlamada, "Bu, nüvə silahından faktiki istifadə etməklə hərbi üstünlük əldə etməyi hədəfləyən təhlükəli plandan başqa bir şəkildə şərh edilə bilməz" ifadələri qeyd edilib.

ABŞ və Cənubi Koreyanı günahlandıran Bəyanatda ABŞ və Cənubi Koreyanın Pxenyana qarşı atdığı hərbi addımlar “Koreya yarımadasında hərbi gərginliyi birtərəfli qaydada artıran son dərəcə təxribatçı, ehtiyatsız və düşməncəsinə hərəkətlər” olaraq xarakterizə edilib.

Bəyanatda Şimali Koreya ordusunun ölkənin suverenliyinə, təhlükəsizliyinə və maraqlarına qarşı istənilən düşmən təhdidinə qarşı durmağa hazır olduğu və Pxenyanın nüvə silahlarına qarşı hərbi əks-reaksiya mövqeyinin dəyişməyəcəyi qeyd edilib.

Açıqlamada, nüvə silahı qüvvələrini daim gücləndirməyin Şimali Koreyanın özünü müdafiə haqqı olduğu ifadə edilərək, “Şimali Koreya ordusu öz milli suverenliyini, ərazi bütövlüyünü və xalqının maraqlarını müdafiə etməkdə qərarlıdır" sözləri qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu