Filippində itən döyüş təyyarəsinin qalıqları və 2 pilotun cəsədi tapılıb

Filippində dünən itən döyüş təyyarəsinin qalıqları və onun iki pilotunun cəsədi ölkənin cənubunda tapılıb.
Üsyançılarla mübarizə aparmaq üçün”cənubdakı Bukidnon əyalətinə göndərilən Filippinə məxsus FA-50 döyüş təyyarəsi ilə dünən axşam əlaqə kəsilib.
Bölgəyə sövq edilən axtarış-xilasetmə qrupları Kalatunqan dağındakı meşəlik ərazidə döyüş təyyarəsinin qalıqlarını və iki pilotunun cəsədini tapıb.
Milli mətbuatda insidentlə bağlı araşdırmanın davam etdiyi və PAF inventarında olan FA-50 döyüş təyyarələrinin yerə endirildiyi bildirilib.
PAF sözçüsü qəzanın səbəbi ilə bağlı qəti bir şey deyə bilməyəcəklərini və hərtərəfli istintaq prosesi ilə əsl səbəbi müəyyən etməyə çalışacaqlarını açıqlayıb.
Qeyd edək ki, PAF dünən verdiyi açıqlamada döyüş təyyarəsinin bölgədə taktiki təlimlər zamanı itdiyini bildirib.