“Nar”ın əsas tərəfdaşlığı ilə “TEDx Sumgait” tədbiri uğurla başa çatdı

Sərfəli xidmətləri ilə abunəçilərinə ən yaxın mobil operator olan “Nar”ın əsas tərəfdaşlığı ilə keçirilən “TEDxSumgait” tədbiri bu il də ilhamverici çıxışlar və maraqlı ideyalarla yadda qaldı. Təxminən 500-dən çox iştirakçının qatıldığı tədbirdə 8 spiker səhnəyə çıxaraq builki mövzu – “Təsadüf | Kəpənək effekti” barədə şəxsi təcrübə və baxışlarını bölüşdülər.
İki hissədən ibarət proqramda müxtəlif peşə sahələrini təmsil edən spiker çıxışları ilə yanaşı, musiqili fasilələr və interaktiv anlar da iştirakçılar tərəfindən maraqla qarşılandı. Qeyd edək ki, ilk dəfə 2019, daha sonra 2023-cü ildə keçirilmiş “TEDxSumgait” artıq şəhər üçün ənənəvi və gözlənilən layihələrdən birinə çevrilib.
Tədbirin açılışında çıxış edən “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib: “Nar olaraq gənclərin bilik və bacarıqlarının inkişafına, intellektual mühitin formalaşmasına hər zaman xüsusi önəm veririk. “TEDx” kimi platformalara dəstəyimiz də bu istiqamətdə atılmış ardıcıl və məqsədli addımlarımızdan biridir”.
“TEDxSumgait”ın əsas tərəfdaşı olan “Nar” cəmiyyətin müxtəlif təbəqələrinə xitab edən sosial təşəbbüslərə verdiyi dəstəklə tanınır. Bu tərəfdaşlığın məqsədi isə gəncləri və öyrənməyə həvəsli insanları bir araya gətirmək idi. “Nar”ın dəstəyi ilə gerçəkləşən sosial layihələr haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.