"SpaceX" texniki problemlərə görə "Starship" prototipinin buraxılışını ləğv edir


ABŞ-ın “SpaceX” şirkəti avqustun 24-nə planlaşdırılan 10-cu sınaq uçuşunda "Starship" prototip kosmik gəmisinin buraxılışını texniki problemlərə görə ləğv edib.

Buraxılış Texasdakı Starbase kosmodromundan Şərq vaxtı ilə saat 19:30-da (Bakı vaxtı ilə 03:30) planlaşdırılıb. "Biz yer sistemləri ilə bağlı problemləri həll etmək üçün vaxt vermək məqsədilə bugünkü "Starship" uçuşunu ləğv edirik" - deyə şirkət X hesabında açıqlayıb.

Yeni buraxılış tarixi ilə bağlı hələlik heç bir məlumat verilməyib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu