AFFA-nın Santuşa ödədiyi təzminat açıqlandı


AFFA milli komandanın baş məşqçisi postundan istefaya göndərilən Fernandu Santuşa təzminatı ödəyib.

AFN.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev deyib.

Bildirilib ki, onunla müqavilədə yer alan bütün şərtlərə əməl edilib.

AFFA rəsmi şəkildə bu məbləği açıqlamasa da, məlumata görə, ona 1 milyon 800 min avro (3 milyon 700 min manat) təzminat ödənilib.

Xatırladaq ki, Fernandu Santuş ötən ayın 8-i istefaya göndərilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu