Azərbaycanla Gürcüstan arasında yeni keçid məntəqəsinə dair protokol imzalanacaq
Azərbaycan və Gürcüstan "İpək yolu" sərhəd-keçid məntəqəsi ilə bağlı protokol imzalayacaq
Azərbaycan və Gürcüstan hökumətləri arasında "İpək yolu” birgə beynəlxalq avtomobil keçid məntəqəsi ilə bağlı protokol imzalanacaq.
APA xəbər verir ki, bununla bağlı Gürcüstanın Baş naziri İrakli Kobaxidze fərman imzalayıb.
Sənədə əsasən, imzalanacaq protokol məntəqənin praktiki fəaliyyət mexanizmlərini müəyyən edir.
Qeyd edək ki, “İpək yolu” – “Abreşumis qza” məntəqəsi 2022-ci ilin martında Azərbaycanla Gürcüstan arasında dövlət sərhədini keçmək üçün müəyyən edilmiş 6 buraxılış məntəqəsindən biridir. Bu məntəqə daxili avtomobil, sərnişin və yük əlaqələri üçün birgə beynəlxalq avtomobil buraxılış məntəqələri kateqoriyasına aiddir.



