Nura Suri: Hər atdığınız qərəzli addıma arqumentlərlə və faktlarla cavab verəcəm


Müğənni Nura Suri son günlər Mədəniyyət Nazirliyinə qarşı mübarizəsinə görə şər-böhtana məruz qaldığını bildirib.

AFN.az xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında yazıb:

"Hələ ki gözləyirəm, görüm daha hansı addımlar atılacaq. Deməli, Vüqar Əhməd öz qızını qoruyur və hansısa jurnalistə səs atıb ki “onların ağsaqqalı mənəm” bu sözdən tutublar guya bizi Vuqar Əhməd öyrədir. Verin məhkəməyə mən öz telefonumu bütün zəng və mesajlarını da çıxarmağa hazıram, Təranə Mahmudova da, Şəhriyar da sübut edin ki, biz nə vaxtsa Vüqar Əhmədlə danışmışıq, ya da görüşmüşük. Hər atdığınız qərəzli addıma mən arqumentlərlə və faktlarla cavab verəcəm. Tiktokda biri heç bir dəftərdə adı olmayan güya şəhərdə sorğu aparıb soruşub ki, Nura Surini tanıyırsız hamıda deyib ki, yox tanımırıq. Bu nə acizlikdir axı siz edirsiz. 1-2 gün də gözləyək görək daha nə qədər düşüklüklər çıxacaq".

Qeyd edək ki, Mədəniyyət Nazirliyinə qarşı çıxışları ilə gündəm olan xanəndə Almaxanım Əhmədovanın atası, şair-bəstəkar Vüqar Əhmədin səs yazısı yayılıb. Səs yazısında V.Əhməd əsas etiraz edənlərin adını çəkir, hər gün bu mövzuda danışdığını, açıqlamalar verdiyini bildirir. V.Əhmədin "Söhbətin ağsaqqalı mənəm" ifadəsi bəziləri tərəfindən onun Nazirliyə qarşı aparılan kampaniyanın təşkilatçısı olması kimi yozulur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu