Tacir Şahmalıoğlunun oğluna nə olub? - AÇIQLAMA


Müğənni Tacir Şahmalıoğlu oğu Şahmalının nişan mərasimindən sonra vəziyyətinin pisləşməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata aydınlıq gətirib.

AFN.az xəbər verir ki, sənətçi Qaynarinfo-ya açıqlamasında məlumatın şaiyə olduğunu vurğulayıb:

"Nişandan sonra mən heç bir verilişə dəvət almamışam və heç yerdə də məlumat verməmişəm. Şahmalıya nə olub? Onun səhhətində heç bir problem yoxdur. Şahmalı turp kimidir".

Qeyd edək ki, müğənni Tacir Şahmalıoğlu övladını nişanlayıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, Şahmalının nişan məclisində halı pisləşib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu