ABŞ Maduronun qohumlarına sanksiya tətbiq etdi


ABŞ administrasiyası Venesuela Prezidenti Nikolas Maduronun həyat yoldaşı Silia Floresin 3 bacısı oğlunu, Maduro ilə əlaqəli bir iş adamını və Venesuela neft sektorunda fəaliyyət göstərən 6 nəqliyyat şirkətini sanksiya siyahısına əlavə edib.

ABŞ Xəzinə Nazirliyinin açıqlamasında bildirilib ki, yeni sanksiyalarla həm Maduro hakimiyyətinin, həm də Venesuela neft sektorunda mövcud sanksiyalardan yayınan şəxslərin hədəf alındığı vurğulanıb.

Açıqlamada Maduronun həyat yoldaşı Silia Floresin 3 bacısı oğlunun, Maduro ilə əlaqəsi olan bir iş adamının və Venesuela neft sektorunda fəaliyyət göstərən 6 nəqliyyat şirkətinin sanksiya siyahısına daxil edildiyi qeyd olunub.

Aldadıcı və təhlükəsiz olmayan daşımalar həyata keçirdiyi və “narko-terrorçu rejimə” maliyyə mənbəyi təmin etməyə davam etdiyi iddia edilən 6 gəminin də sanksiya siyahısına salındığı bildirilib.

Açıqlamada xatırladılıb ki, Maduronun həyat yoldaşı Silia Floresin 2 bacısı oğlu 2015-ci ildə yüzlərlə kiloqram kokaini ABŞ-a daşımaya yönəlik bir razılaşmanı başa çatdırmaq üçün olduqları Haitidə həbs edilmiş, 2016-cı ildə isə narkotik qaçaqmalçılığı ittihamı ilə məhkum olunmuşdu. Lakin onlar 2022-ci ildə ABŞ-ın keçmiş prezidenti Co Bayden tərəfindən əfv ediliblər.

Həmçinin açıqlamada sanksiya tətbiq edilən üçüncü bacısı oğlunun Venesuelanın milli xəzinədarı və dövlət neft şirkəti PDVSA-nın sədr müavini vəzifəsində çalışdığı qeyd edilib. Onun ilk dəfə 2017-ci ildə sanksiyaya məruz qaldığı, lakin 2022-ci ildə siyahıdan çıxarıldığı da bildirilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu