İran İsrailin Daxili Təhlükəsizlik Nazirliyini vurdu
İran ordusu İsrailin Daxili Təhlükəsizlik Nazirliyinə qarşı pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücumlar təşkil etdiyini açıqlayıb.
AFN.az xəbər verir ki, İran ordusunun əməliyyatla bağlı yaydığı bəyanatda bu addımın qisas xarakteri daşıdığı vurğulanıb. Açıqlamada "Bu səhərdən etibarən "Dena" esminesində xidmət edən cəsur hərbçilərimizin və şəhid kəşfiyyat naziri İsmayıl Xatibin günahsız qanının intiqamı çərçivəsində orduya məxsus pilotsuz uçuş aparatları ilə sionist düşmənin Daxili Təhlükəsizlik Nazirliyinə zərbələr endirilib" deyə qeyd edilib.
Məlumata görə, hücumda bir neçə fərqli tipli PUA-dan istifadə olunub və hədəfin strateji əhəmiyyəti xüsusi qeyd edilib.
İsrail tərəfi hələlik hücumun nəticələri və dəymiş ziyan barədə rəsmi açıqlama verməyib.

