BVF-dən xəbərdarlıq: Dünya iqtisadiyyatı durğunluq astanasındadır
Beynəlxalq Valyuta Fondu (BVF) İrana qarşı aparılan müharibənin şiddətlənməsi və neft bazarlarında yaranan fasilələrin qlobal iqtisadiyyatı resessiya həddinə çatdıra biləcəyi barədə xəbərdarlıq edib.
AFN.az xəbər verir ki, qurumun ən pis ssenarisinə görə, enerji bazarlarında ard-arda yaşanan şoklar qlobal iqtisadi artımı 3,1 faizdən 2 faiz səviyyəsinə qədər endirə bilər.
Bu proqnoza əsasən, neft qiymətlərinin 2026-cı ildə orta hesabla 110 dollar, 2027-ci ildə isə 125 dollar ətrafında dəyişəcəyi gözlənilir. BVF-nin hazırladığı ən nikbin ssenari isə münaqişənin qısa sürəcəyi və neft qiymətlərinin 2026-cı ilin ikinci yarısında normallaşaraq il ərzində orta hesabla 82 dollar səviyyəsində qalacağı ehtimalına söykənir.
"Orta yol" adlandırılan ssenaridə isə daha uzunmüddətli münaqişə nəzərdə tutulur ki, bu təxminə görə, neftin bir barelinin qiyməti bu il 100 dollar, 2027-ci ildə isə 75 dollar civarında qərarlaşacaq, qlobal iqtisadi artım isə 3,4 faizdən 2,5 faizə geriləyəcək.
BVF-nin baş iqtisadçısı Pyer-Olivye Qurinşa mövzu ilə bağlı açıqlamasında bildirib ki, enerji sektorundakı axsamaların davam etməsi və münaqişəni bitirəcək aydın həll yolunun olmaması səbəbindən mənfi ssenarinin reallaşma ehtimalı getdikcə artmaqdadır.

