Piyada keçidinin altından yolu keçmək istədi: maşın vurub öldürdü - VİDEO


İyunun 6-sı axşam saatlarında Sabunçu rayonu Heydər Əliyev prospekti, "Sabunçu" körpüsünün qarşısında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AFN.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilir.

Bildirilir ki, hərəkətin intensiv olduğu çoxzolaqlı yolu keçməyə çalışan piyadanı minik avtomobili vurub.

"Bu qəza baş verməyə bilərdimi?

Piyadalar keçidlərin yaxınlığında, xüsusilə də çoxzolaqlı yolu keçməyə çalışdıqda təəssüflər olsun ki, əksər hallarda nəticəsi bu cür olur. Buna görə də onlar məsuliyyətli və diqqətli olmalı, yolu yalnız keçidlərdən istifadə etməklə keçməlidirlər.

Sürücülər isə sükan arxasında yola diqqət yetirməli, sürət həddinə əməl etməlidirlər" - deyə NİİM-in açıqlamasında bildirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu