SEPAH: Hayfadakı sənaye müəssisələrini hədəf aldıq



İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin İrandakı neft-kimya zavodlarına təşkil etdiyi hücumlara cavab olaraq Hayfadakı sənaye müəssisələrini hədəf aldıqlarını açıqlayıb.

AFN.az xəbər verir ki, İnqilab Keşikçiləri Korpusu tərəfindən yayımlanan bəyanatda düşmənin neft-kimya müəssisələrinə reallaşdırdığı hücumlara eyni şəkildə cavab verildiyi və Hayfada yerləşən bənzər sənaye obyektlərinin vurulduğu ifadə edilib.

Bəyanatda həmçinin İsrailin mülki hədəfləri və neft sənayesini hədəf almasının bölgədəki bütün enerji mərkəzlərinə təsir edə biləcək təhlükəli bir oyunun başlanğıcı olduğu, gələcəkdə ortaya çıxacaq iqtisadi nəticələrə görə isə birbaşa ABŞ-ın məsuliyyət daşıyacağı vurğulanıb.

Qeyd edək ki, daha əvvəl İsrailin İranın cənub-qərbindəki Xuzistan əyalətinin Mahşəhr şəhərində yerləşən neft-kimya zavodunu vurduğu bildirilmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu