Elvin Cəfərquliyev "Qarabağ"ın əsas heyətinə qayıtdı


Elvin Cəfərquliyev “Qarabağ”ın əsas komandasına qayıdıb.

AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o bu gün məşqə qoşulub.

Qeyd edək ki, futbolçu artıq komanda ilə Avstriyadakı təlim-məşq toplanışına yollanıb.

Xatırladaq ki, Misli Premyer Liqasının 27-ci turunun “Şamaxı” - “Qarabağ” oyunundan sonra Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduğu üçün baş məşqçi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu