ABŞ: Veneseulaya axtarış-xilasetmə qrupları, tibbi ləvazimatlar və humanitar yardım göndəririk
ABŞ Dövlət Katibi Marko Rubio Veneseulada ard-arda baş verən 7,2 və 7,5 gücündəki iki zəlzələdən sonra bu ölkəyə axtarış-xilasetmə qrupları, tibbi ləvazimatlar və humanitar yardım göndərdiklərini açıqlayıb.
AFN.az xəbər verir ki, Rubio "X" platformasındakı hesabından verdiyi açıqlamada zəlzələlərdən sonra Veneseula xalqına başsağlığı verib.
ABŞ-nin bu çətin günlərdə Veneseula xalqının yanında olduğunu bildirən Rubio "Prezident Donald Trampın göstərişi ilə ABŞ Dövlət Departamenti Veneseulaya dərhal axtarış-xilasetmə qrupları ezam edir, həmçinin tibbi ləvazimatlar və humanitar yardım materialları göndərir" ifadələrini işlədib.


