Ümumavropa Qarabağ mitinqi başladı – Avropanın ürəyindən CANLI YAYIM




Bu gün dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə Belçika Krallığının paytaxtı Brüssel şəhərində Lüksemburq meydanında Ümumavropa Qarabağ mitinqi keçirilir.



Mitinq yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 17:00) başlayıb və öz izdihamlılığı ilə seçilir. Lüksemburq meydanını dolduran azərbaycanlılar “Xocalıya ədalət”, “Dilqəm və Şahbaza azadlıq”, “Biz Qarabağa qayıtmaq istəyirik” tələbləri ilə Lüksemburq meydanına gəlib.

Əziz həmvətənlər, mitinq Bakı vaxtı ilə saat 17:00-19:00-da olacaq. Bu saatda hər kəs mitinqi Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi Facebook səhifəsindən (https://www.facebook.com/AzDiaspora/) canlı olaraq izləyə bilər.

Bütün həmvətənlərimizdən xahiş edirik ki, mitinqlə bağlı xəbərləri, videoları sosial şəbəkə üzərindən daha çox paylaşsınlar. Bu həm Avropanın ikili standartlarına bir münasibət, həm düşmənə bir cavab, həm də xaricdə yaşayan soydaşlarımızın daha çevik fəaliyyəti üçün bir stimuldur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu