10 min dollardan çox kreditlərə güzəşt ediləcək?- BAŞ BANKİR AÇIQLADI
"10 min dollardan yuxarı götürülən kreditlərə güzəşt edilməsi nəzərdə tutulmayıb".
Bunu Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Prezidentin dollar krediti olan fiziki şəxslərə güzəştin edilməsinə dair qərarı böyük əhali qrupunu əhatə edir. 10 min, 20 min, 50 min dollarlıq kredit artıq biznəs kreditləridir. Biznes sahibləri risklər üçün özləri cavabdehdirlər. Dövlətin bu yükü üzərinə götürmək öhdəliyi yoxdur". (Demokrat.az)