"AccessBank"ın Müşahidə Şurası yenidən formalaşdırılıb




"AccessBank" QSC-nin Müşahidə Şurasının yeni tərkibi açıqlanıb. Müvafiq qərar bankın səhmdarlarının ümumi yığıncağında qəbul olunub.



Qərara əsasən, Oleq İvaniyçuk bankın Müşahidə Şurasının sədri seçilib. Cənab İvaniyçuk "responsAbility Investments AG" investisiya şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2017-ci ildən etibarən Restrukturizasiya bölməsinə rəhbərlik edir.

Bununla yanaşı, Corc Rubli (George Rublee), Dariuş Katsprşik (Dariusz Kacprzyk) və Verner Klas (Werner Claes) Müşahidə Şurasının yeni üzvləri kimi fəaliyyətə başlayıblar.

Cənab Rubli 2010-cu ilin noyabr ayından etibarən Asiya İnkişaf Bankında Korporativ bərpa üzrə baş mütəxəssis vəzifəsində çalışır. O, həmçinin Asiya İnkişaf Bankının Risklər üzrə katibliyinə də rəhbərlik edir.

Dariuş Katsprşik 2018-ci ilin iyun ayından etibarən Polşanın tənzimləyici qurumu tərəfindən "Bank BPS SA"-nın bərpası üzrə idarəedici vəzifəsində çalışır. Bunadək təcrübəli mütəxəssis bir sıra iri banklarda rəhbər vəzifələrdə işləyib.

Verner Klas 2008-ci ildən etibarən "International Financial Consulting Ltd." şirkətində baş hüquqşünas və "BVBA Global Financial Consulting" şirkətində baş direktor vəzifələrində çalışır.

2014-cü ildən "AccessBank"ın Müşahidə Şurasının üzvü olan Rayner Müller-Hanke sözügedən vəzifədə fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, sözügedən dəyişikliklərə qədər Müşahidə Şurasının sədri Yan Klasen idi. Onun rəhbərlik etdiyi Şura Rayner Müller-Hanke ilə yanaşı, Sayed Aftab Ahmed, Tomas Enqelhardt və Emre Yıldız kimi təcrübəli mütəxəssislərdən ibarət olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu