Bakıda qatar gənc oğlanı vurub öldürdü
Paytaxtda bədbəxt hadisə baş verib.
Hadisə iyunun 20-si saat 23 radələrində Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verib. Dəmiryol stansiyasının yaxınlığında sərnişin qatarı 1996-cı il təvəllüdlü İkram Şahverdiyevi vuraraq yolun kənarına atıb və piyada hadisə yerində vəfat edib.
Qaradağ rayon prokurorluğunda araşdırma aparılır. (Bakucity.az)