ARDNF sentyabrda satdığı dolları açıqladı
Azərbaycan Respublikası Dövlət Neft Fondu sentyabr ayı ərzində satdığı ABŞ dollarının məbləğini açıqlayıb.
Fonddan AFN-ə verilən məlumatda bildirilir ki, 2019-cu ilin sentyabr ayı ərzində 618,95 milyon ABŞ dolları məbləğində vəsait satılıb.