“Park City” Vergilər Nazirliyinin xəbərini təkzib etdi: "Əmlakımız siyahıya alınmayıb"




“Park City”yə məxsus əmlak Vergilər Nazirliyi tərəfindən siyahıya alınmayıb".



Bunu AFN-ə açıqlamasında adıçəkilən şirkətin baş mühasibi Alim Nərimanov bildirib. O qeyd edib ki, şirkətin cəmi 13 min manat vergi borcu olub, o da ödənilib: "Bu məbləği ödədik və bizim şirkətin əmlakı siyahıya alınmadı. Nazirlik barəmizdə yanlış məlumat yayıb. Mən də indi öyrəndim”.

Xatırladaq ki, bu gün Vergilər Nazirliyi Vergi orqanları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 72A ünvanda yerləşən, "Park City" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus tikilidə əmlakın siyahıya alınması tədbirlərinin həyata keçirilməsi, 457.432,91 vergi borcu müqabilində 480.000 manat məbləğində əmlakın (obyekti) siyahıya alınması ilə bağlı məlumat yayıb.

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu