Dünyanın ən sürətli Android telefonu bəlli oldu: Nə "Xiaomi" nə də "Huawei"...




"Android”lərin testi üzrə məşhur olan AnTuTu hər ay olduğu kimi, bu ay da tətbiqdən ən yüksək bal alan telefonları açıqlayıb.



Qaynarinfo cnn.türk-ə istinadən xəbər verir ki, nəticələrə görə, siyahının zirvəsində nə "Xiaomi” nə də "Huawei” kimi nəhəg adların yer almaması diqqət çəkib.

AnTuTu-dan 482.917 xal alaraq siyahının birinci yerində Nex 3 5G modeli yer alır.

8 GB RAM və "Qualcomm”un Snapdragon 855 Plus çipsi ilə təchiz edilmiş bu telefondan sonra 481.997 bal ilə iQOO Pro 5G vivo gəlir.

Siyahıda üçüncü yeri 481,784 xalla OnePlus 7T, dördüncü yeri 480,902 xalla OnePlus 7T Pro və beşinci yeri 477,596 xalla Asus Rog Phone-2 tutur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu