Rabitəbank loqo ilə bağlı iddiaları cavablandırdı




Bildiyiniz kimi bir sıra KİV-də bu yaxınlarda restaylinq (yeni loqo, yeni rəng, yeni üslub) edən “Rabitəbank” ASC-nin loqosunu lisenziyası ləğv edilmiş "Dəmir Bank"-dan mənimsədiyi iddia olunub. İddialara görə, bundan başqa sözügedən bank mənimsədiyi loqonun hətta rəngini belə dəyişməyib. Sadəcə loqonun ətrafındakı dairəni götürməklə restaylinq etdiyini ictimaiyyətə bəyan edib.



Məsələ ilə bağlı “Rabitəbank” ASC-dən ABC.AZ-a açıqlama verərək bildiriblər ki, iddialar: rənglərin eyni olması, eyni loqo, eyni dəst-xətt tamamən əssasız şəkildə dərc edilib.

Bankdan haqqlarında yazılanlar təkzib edilməklə yanaşı həm də, sözügedən loqo ilə bağlı izah da verdilər: “Eyni rənglər dedikdə, bu eyni koda malik olan rənglər deməkdir ki, təqdim etdiyimiz fotolarda yaşıl rəng çalarlarının hər 2 loqoda fərqli olmasının əyani sübutudur (DB-DəmirBank, RB – Rabitəbank ifadə edir). Həmçinin, loqonun fiqurlarının demək olar ki eyni olması ifadəsi özü belə iddia üçün düzgün seçilməmiş ifadədir. Bizim loqonun fiqurları R və b hərflərinin birləşməsi, həmçinin Rabitə anlayışında, ən yeni ünsiyyət vasitəsi olan çat pəncərələrin birləşməsidir. Əsassız iddialar, qeyri-ciddi və ajiotaj yaratmaq xarakteri ilə ərsəyə gəldiyi isə açıq-aydın məlumdur. Əlavə olaraq qeyd etmək istəyirəm ki, brendin vizual hazırlığı və təklifi, ölkənin ən qabaqcıl kreativ agentliklərdən biri tərəfindən təklif edilmiş və heç bir plagiatlığa yol verilməmişdir. Qeyd olunanlarla əlaqədar bildirmək istəyirik ki, “Rabitəbank ASC”-nin işgüzar nüfuzunu ləkələyən, böhtan və həqiqətə uyğun olmayan məlumatların yayılması gələcəkdə məhkəmə qaydasında həll olunacaq”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu