Kərəm Həsənov yeni vəzifəyə təyin edilib
Bir qədər əvvəl İqtisadiyyat Nazirliyinə birləşdirilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova yeni vəzifə verilib.
AFN xəbər verir ki, o, Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Xatırladaq ki, bu gün dövlət başçısı Prezident Administrasiyasının yeni strukturunu təsdiq edib.