Məzahir Pənahov: "Azərbaycan polisinin fəaliyyətinə irad tutulmayıb"




"2000-ci ildən bu günə qədər müşahidə aparan daxili və xarici qurumlar tərəfindən Azərbaycan polisinin fəaliyyətinə irad tutulmayıb".



Qaynarinfo xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, Azərbaycan polisi seçkilərdə öz fəaliyyətini qanun çərçivəsində həyata keçirir:

"Polisin səsvermə günü fəaliyyəti ilə bağlı regional tədbirlər keçiririk. Yaddaş kitabçası hazırlayırıq. Sevindirici haldır ki, polislə keçirdiyimiz tədbirlər öz müsbət nəticələrini verib”.

Qeyd edək ki, sabah bələdiyyə seçkiləri 5049 seçki məntəqəsində keçiriləcək. Səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-da başa çatacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu