Türkiyədə işləyən azərbaycanlı alim vəfat etdi




Türkiyənin Erciyes Universitetin incəsənət fakültəsinin dosenti, musiqi kafedrasının dosenti azərbaycanlı Müzəffər Əsgərov vəfat edib.



Qaynarinfo xəbər verir ki, Türkiyə mediası M.Əsgərovun ürək tutmasından dünyasını dəyişdiyini yazıb.

M.Əsgərov üçün təşkil edilən vida mərasimdə onun həyat yoldaşı, həmin kafedrada işləyən professor Nigar Əsgərova, universitetin rektoru Mustafa Çalış, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Çıxışlar zamanı onun Türkiyə sevdalısı olduğu bildirilib.

Mərhum vəsiyyətinə uyğun olaraq Kayseri Asri Məzarlığında dəfn edilib.

Qeyd edək ki, M.Əsgərov 1997-ci ildə Türkiyəyə gedib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu