Qənirə Paşayeva 10 yaşlı Nərmindən yazdı: "Faciəsi qəlbimizdə dərin bir yara açdı..."




Millət vəkili Qənirə Paşayeva Tovuzda 10 yaşlı qız uşağının öldürülməsi ilə bağlı fikir bildirib.



AFN xəbər verir ki, Q.Paşayeva olanları dəhşət və ciddi narahatlıqla qarşıladığını deyib: "10 yaşlı Nərmin balamiza qarşı törədilmiş bu dəhşətli cinayət hamımızı dərindən sarsıdıb. 10 yaşlı kiçik bir qız uşağını oğurlayıb, sonra onun cəsədini boş bir sahəyə atıb yandıraraq bu dəhşətli cinayəti törədənə insan deməyə adamın dili gəlmir. Bu cürlərinin əslində yer üzündə gəzmə haqqı olmamalıdır. Respublikamızın hüquq-mühafizə orqanları ciddi araşdırma aparırlar və inanırıq ki, bu dəhşətli hadisəni törədən layiq olduğu ən ağır cəzanı alacaq. Nərminin yoxa çıxması və bu dəhşətli hadisənin xəbərinin yayılması ilə xüsusilə də kiçik yaşlı qızları olan minlərlə analar və atalar səksəkə, narahatlıq içindədir. İnanırıq ki, bu dəhşətli qətli törədən (törədənlər) qısa zaman içində tapılacaq və bütün cəmiyyətimiz onun layiq olduğu ən ağır cəzanı almasının şahidi olacaq. Biz hamımız bunu gözləyirik. Nərminin faciəsi qəlbimizdə dərin bir yara açdı və heç bir zaman unudulmayacaq. Ona Allahdan rəhmət diləyirik. Nur içində yatsın. Valideynlərinin böyük ağrı və üzüntüsünü paylaşırıq. Nur içində yat, gözəl Nərmin. Sənə qarşı bu dəhşətli cinayəti törədənlər ədalət qarşısında mütləq cavab verəcəklər".
Qeyd edək ki, Q.Paşayeva hadisə ilə bağlı körpənin ailəsinə, valideynlərinə baş çəkib, onlara qatilin mütləq tapılıb cəzalandırılacağını deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu