“Planlaşdırır ki, bu gün filan qədər adamı cərimə etməliyəm”




“Cərimələrə görə əmək haqqının verilməsi məsələsi dəyişdirilməlidir”.

Bunu deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, cərimələrə görə əmək haqqına əlavələr edilən təkcə polislər deyil:

“Əməkdaş bilir ki, o, nə qədər çox cərimə yazsa, maaşı bir o qədər çox olacaq. Buna görə də, sanki, hər gün işə başlamadan öncə hesablayıb qarşısına plan qoyur ki, bu gün filan qədər adamı cərimə etməliyəm. Həm də gələcəkdə cərimələrin nə qədər olacağını planlaşdırmaq da olmaz”.

Deputat Vahid Əhmədov da deyib ki, Azərbaycanda altı nazirliyin cərimə etmək səlahiyyəti var: “Bəzi nazirliklər maraqlıdır ki, cərimələrin sayı çox olsun. Çünki belə olarsa, həm əmək haqqları yüksək olur, həm də başqa məqsədlə istifadə olunur. İndi qanuna təklif edilir ki, cərimələrin əmək haqqına ayrılan hissəsinin 7 faizi dövlət büdcəsinə yönləndiriləcək. Amma cərimələr 100 faiz həcmdə büdcəyə yönləndirilməlidir.

Neftin qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatına öz təsirini göstərəcək. Heç kim arxayın olmasın, bir aya, iki aya bunu hiss edəcəyik. Buna görə də cərimələr tam büdcəyə yönləndirilməli, həmin nazirliklərin əməkdaşlarına isə stabil əmək haqqı təyin edilməlidir”.//“Qafqazinfo”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu