Zəngilan istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib - RƏSMİ

AFN-ə MN-ə istinadən xəbər verir ki, Ermənistan ərazisindən bölmələrimizə hücum edərək dövlət sərhədindəki əlverişli yüksəklikləri ələ keçirməyə cəhd edən düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib.
Düşmən döyüş itkilərini və silah-sursatlarını ərazidə ataraq geri qaçmağa məcbur edilib.