Yaxalanan diversantla bağlı Ermənistan MN-dən açıqlama
Ermənistan Müdafiə Nazirliyi bu gün Ordumuzun Kəlbəcər rayonu istiqamətində yerləşən döyüş mövqelərindən ölkəmizə sızmağa cəhd göstərərkən yaxalanan diversantı ilə bağlı açıqlama yayıb.
AFN.az xəbər verir ki, Ermənistan MN Q.B. adlı əsgərin döyüş mövqeyini “özbaşına olaraq” tərk etdiyi haqda məlumat tirajlayıb.
Hazırda onun axtarışlarını həyata keçirirlər.
Qeyd edək ki, avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib.
Bölmələrimizin sayıqlığı nəticəsində atəş vasitələrimizin dəstəyi ilə erməni hərbçilərin təxribatının qarşısı alınıb. Nəticədə diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun digər üzvləri geri çəkilməyə məcbur edilib.