Əsirlikdə olmuş hərbçi: “Məni yaralı vəziyyətdə iki qandalla saxlayırdılar"


“Bizə işgəncələr verirdilər, qeyri-insani münasibət göstərirdilər. Deyirdilər ki, biz deyəcəyik, sən təkrarlayacaqsan. Bəli, mən onların dediyini təkrarlayırdım, ancaq özlərinə qarşı. Mənə çox işgəncələr veridilər ki, niyə bizdən qorxmursunuz?”.



“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçumuz Ələkbərov Ömər Teymur oğlu deyib.

“Məni yaralı vəziyyətdə iki qandalla saxlayırdılar. Mən Azərbaycan əsgəri olduğumla fəxr edirdim. Bizə işgəncə verən zaman deyirdilər niyə qışqırmırsınız? Ağrımır? Erməni mənə sual verirdi ki, sizə iynə vururlar belə olursunuz? Soruşdum ki, necə? Dedi ki, öz gözümün şahidi oldum ki, güllə vurduğum adam durub üstümə gəlirdi. Mən inanırdım ki, Ali Baş Komandan İlham Əliyev bizi orada qoymayacaq.r", - o əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu