Kreml Çexiyanın diplomatlarla bağlı tələbinə cavab verdi


“Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə etdiyi müraciətdə vurğuladığı kimi, Rusiya özünə münasibətdə digər ölkələrin tələblərinin stilistikasını qəbul etmir”.



“Report”un məlumatına görə, bunu “TASS”a Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Çexiyanın Rusiyadan qovulan diplomatlarının Moskvaya geri qaytarılması tələbini şərh edərkən deyib.

“Məhz bu gün prezident Putin müraciətində ​​bizimlə tələblər üslubunda danışmağın mənasızlığından danışdı”- Kremlin sözçüsü bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu