Kreml Putinin Zelenski ilə görüşdən imtina etmədiyini açıqlayıb


Rusiya Prezidenti Vladimir Putin Vladimir Zelenski ilə görüşdən imtina etmir, lakin görüş üçün zəmin hazırlanmalıdır və hələlik sənədin mətni yoxdur.


APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Hələlik mahiyyət baxımından görüşlə bağlı mövzuda hər hansı yenilik yoxdur, biz dedik ki, prezident heç vaxt belə bir görüşdən prinsipial olaraq imtina etməyib, amma bunun üçün müvafiq şərtlər, yəni sənədin mətni hazırlanmalıdır. Hələlik burada sizə xəbər vermək üçün yeni bir şey deyə bilmərik”, - deyə Kremlin sözçüsü vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu