MİT əməliyyat keçirib, FETÖ-nün rəhbərlərindən biri tutulub


Türkiyənin Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının keçirdiyi əməliyyat nəticəsində Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin qardaşı oğlu Səlahəddin Gülən xaricdə saxlanılaraq ölkəyə gətirilib.



AFN xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, bu əməliyyatla MİT FETÖ-ya zərbə vurub. Səlahəddin Gülənə qarşı “silahlı terror qruplaşmasına üzv olmaq” ittihamı irəli sürülüb.

O, Fətullah Gülənlə FETÖ arasında əlaqələndirici olub. Bundan başqa, Səlahəddin Gülən həm də Fətullah Gülənin şəxsi katibi Cövdət Türkyolun qaynıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu