"Özünüməşğulluq" proqramı ilə bağlı daha bir biabırçı FAKT+FOTOLAR


"Özünüməşğulluq" proqramı ilə bağlı daha bir


Yardımlı rayonu Ostayır kənd sakini Eynullayev Əliş Minaxan oğluna 3 inək veriblər ki, get təsərrüfatını inkişaf etdiri. Buna çox sevinən kənd sakininin üzü çox gülməyib.

AFN sosial şəbəkədə yayılan məlumat və fotogörüntülərə istinadən xəbər verir ki, 3 iribuynuzlu heyvan üçün Eynullayev Əlişə 4200 manata imza atdırıblar. Lakin heyvanlar evə gəlib çıxanda tamamilə fərqli bir mənzərə ortaya çıxıb. Aşağıda fotosu təqdim edilən inək xəstədir və 12 yaşı var. Baytar həkim baxanda ona olmazın diaqnozunu qoyub. Ağzında dişi yox, ağ ciyər pnevmanaiyası, qara ciyərinin xəstəliyi ümumiyyətlə rayon baytarlıq idarəsi onu sağlam olmayan heyvan olması ilə bağlı heyvan sahbinə bir arayış da verib. Enullayev Əliş qərara gəlib ki, həmin inəyi sataraq he olmasa başqa birisini alsın. Alıcılar ona 300 manat pul verməyiblər. Ortada çox ciddi və hələ ki, cavabsız bir sual var: bir buzov və xəstə inəyin qiyməti doğrudanmı 1400 manatdır? Dünən mətbuat konfransı keçirib proqram haqda yayılan söz-söhbətin yalan olduğunu deyən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bütün bunlardan doğrudanmı bixəbərdir?



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu