Azərbaycanda indiyədək koronavirusdan sağalanların sayı 1 735 nəfərə çatdı




Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.

AFN xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 2 693 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 735 nəfər müalicə olunaraq sağalıb, 33 nəfər vəfat edib, 925 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu