MN: Düşmənin yaydığı məlumat dezinformasiyadır


Bu gün Ermənistan müdafiə nazirliyinin rəsmilərinin cəbhənin müxtəlif istiqamətlərində gedən gərgin döyüşlər zamanı guya bəzi sahələrdə öz mövqelərini irəli çəkməsi, hətta Azərbaycan Ordusunun bir qrup hərbçisinin “məhv” edilməsi barədə yaydıqları xəbər tamamilə yalandır.



Bu barədə AFN-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Buna bənzər məlumatlar erməni hərbçiləri arasında hökm sürən qorxu, təşviş və ruh düşkünlüyünü, ümumilikdə isə xaos və özbaşınalığı qismən də olsa, aradan qaldırılmasına yönəlib", - məlumatda bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu