Avstraliyada qızıl mədənində çökmə - 1 nəfər ölüb


Avstraliyanın Viktoriya ştatında qızıl mədəninin çökməsi nəticəsində bir nəfər ölüb.


"9News" saytının məlumatına görə, əyalət polisi Mount Clear bölgəsində qızıl mədəninin yerli vaxtla saat 17:00 radələrində çökdüyünü bildirib.

Hadisəyə müdaxilə edən polis və xilasetmə qrupları mədəndəki təhlükəsiz əraziyə sığınmağı bacaran 29 işçini xilas edib.

Polis təhlükəsiz əraziyə çata bilməyən və dağıntılar altında qalan iki işçidən birinin xilas edilərək xəstəxanaya yerləşdirildiyini və vəziyyətinin ağır olduğunu qeyd edib.

Dağılan şaxtanın altında qalan digər işçinin də öldüyü açıqlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu