"Neftçi"nin istədiyi futbolçu "Bavariya" ilə müqavilə imzaladı


Almaniyanın "Bavariya" klubu İsveçrə "Bazel"inin sabiq futbolçusu Dimitri Oberlini heyətinə qatıb.

"Report" Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

İsveçrəli forvard klubun Almaniyanın III divizionunda çıxış edən əvəzedici komandasında oynayacaq. Oberlin ölkə çempionu ilə azad agent kimi anlaşıb. O, qışda "Bazel"lə müqaviləsini ləğv edib.

Qeyd edək ki, Dimitri Oberlini qış fasiləsində "Neftçi" öz heyətinə qatmaq istəyib. Lakin futbolçu "ağ-qaralar"ın təklifini mənfi cavablandırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu