Fatih Terim "Bazel"in hücumçusunu "Qalatasaray"a gətirir


Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.


"Report" "Fotomac"a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim İsveçrə "Bazel"ində çıxış edən Artur Kabralı komandasında görmək istəyir.

"Sarı-qırmızılar" artıq 23 yaşlı braziliyalı hücumçunun transferi üçün işlərə start verib.

Qeyd edək ki, "Bazel" UEFA Konfrans Liqasında "Qarabağ"la birlikdə H qrupunda mübarizə aparır. Artur Kabral cari mövsüm 20 qarşılaşmada meydanda olub, 22 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu